- Köhnə - Mədəniyyət
- 22 Fevral 2014 09:22
- 3 671
“Dolu” Daşkəndə gedir
"Dolu" filmi Daşkənddə təqdim olunacaq.
AzNews.az xəbər verir ki, təqdimatda həmçinin Xocalı soyqırımı zamanı həlak olanların anım mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri cənab Hüseyn Quliyev, azərbaycanlı millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuz və Özbəkistanın ziyalı ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələrinin və diplomatların iştiraki gözlənilir.
Qeyd edək ki, tədbirdə zamanı Mədəniyyət Mərkəzinin həyətində "Justice for khojaly" klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən ibarət kompozisiya qurulacaq, soyqırım qurbanlarının xatirəsinə şamlar yandırılacaq, uşaqlar havaya sülh göyərçinləri uçuracaqlar.
Bahar
AzNews.az