Zəlimxan Yaqub uzunmüddətli müalicəyə getdi - Almaniyaya

Zəlimxan Yaqub uzunmüddətli müalicəyə getdi - Almaniyaya

Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub müalicə üçün yenidən Almaniyaya gedib.

Bu barədə məlumatı AzNews.az-a Xalq şairinin özü verib. O, vəziyyətinin yaxşı olduğunu desə də, avqust ayını orada olacağını bildirib: "Mən hazırda Almaniyadayam. Müalicə alıram, həkim nəzarətindəyəm. Müalicə hələ bir ay bundan sonra davam edəcək".

Xalq şairi deyib ki, əvvəlcə böyrəkdə əməliyyat edilməsi nəzərdə tutulsa da, sonradan buna ehtiyacın olmadığı bildirilib.

Qeyd edək ki, Z.Yaqub uzun zamandır ki, böyrək xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az