Niyaməddin Musayev: “Aslanı ağzından vurmaq lazımdır”

Müğənni Aslan Hüseynovun AzNews.az-a verdiyi müsahibə sənət aləmində ciddi reaksiya doğurub.

Onun "Bu gün "fars", "boka" oxuyanlara ad verirlər"- fakirlərini özünə götürən Xalq artisti Niyaməddin Musayev daha çox qəzəblənib: "Siz mənim sənətimə baxın. O qədər səviyyəsizlər var ki. Başa düşə bilmirəm. Deməli, bunların ağılına nə gəlsə danışacaqlar? Utanmırlar, qızarmırlar. Adama deyərlər ki, oturun mənim yaradıcılığıma baxın. Görün nələr var. Ayıb deyil, gör məni nədə ittiham edirlər? Mən "Qurtuluş", "Ata" mahnılarını oxudum. Bunlar bəyəm farsdır? Onu deyənlərin ağzından vurmaq lazımdır. Onlara imkan vermək lazım deyil".

Bahar
AzNews.az