Azərbaycanda “Erməni psixologiyası” - Kitab

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun xətti ilə jurnalist Eldəniz Elgünün "Erməni psixologiyası” kitabı işıq üzü görüb.



Eldəniz Elgün bildirib ki, bu kitabda əsas məqsəd qondarma "erməni soyqırımı"nın 100 illiyi öncəsi ermənilərin əsl kimliyini dünyaya tanıtmaq olub. Onun sözlərinə görə, kitabda erməni toplumunun dini baxışları, kişi və qadınlarının ayrı-ayrılıqda psixoloji sistemi bütün qabarıqlığı və detalları ilə açıqlanıb: "Bir neçə əsrdir ki, türk toplumuna nifrətlə yanaşan ermənilərin əsl kimliyini heç vaxt öyrənməyə cəhd etməməyimiz çox ciddi problemdir. Amma "Erməni psixologiyası" bu istiqamətdə bir ilk olacaq və ermənilərin kimliyini ermənifobiyaya qapılmadan öyrənmək mümkün olacaq".

Kitabın elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə bildirib ki, Elmlər Akademiyası bu istiqamətdə araşdırmalara start verib və "Erməni psixologiyası" kitabı institutun gördüyü uğurlu layihələrdən biridir. Onun sözlərinə görə, bu kitabı tək Azərbaycanda yox, həmçinin, Avropada da yayımına çalışacaqlar.

Kitabın redaktoru və "erməni toplumunun mədəniyyəti" fəslinin müəllifi Türkan Azad isə bildirib ki, bu kitab ilkin mərhələ üçün yığcam olaraq dərc edilib. Amma bunun daha geniş variantı da hazırdır və çalışacağıq ki, bu kitab həm də bir dərs vəsaiti kimi qəbul edilsin.

Onu da nəzərə çatdıraq ki, kitabın ekspert heyətinə Samirə Abdullayeva, Zaur Əhməd, Fərid Şahbazlı və Elnur Eltürk daxildir.


AzNews.az