- Köhnə - Mədəniyyət
- 11 Fevral 2015 08:18
- 8 231
Elnur Hüseynov növbəti qələbəsini qazandı – VİDEO
Türkiyənin TV8 telekanalında yayımlanan “O səs Türkiyə” musiqi yarışmasına qatılan azərbaycanlı müğənni Elnur Hüseynov dünən gecə dörddəbir finalda gücünü sınayıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "acunn" saytı yayıb.Məlumatda deyilir ki, o, bu dəfə "Gözlərimin ətrafındakı cizgilər" mahnısını oxuyub.
Ebru Gündəşin komandasında yer alan Elnur Hüseynov yenə öz fanatlarına musiqi bayramı yaşadıb.
Onun budəfəki çıxışı da tamaşaçıları təsirləndirib. Tamaşaçıların intensiv alqış sədaları altında oxunan mahnı studiyada yenidən səsləndirilib.
Şermin Özlemlə yarışan Elnur Hüseynov müsabiqədə dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.