Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın repertuarında olan "Qarabağın səsi" mahnısına Türkiyə mediası geniş yer ayırıb. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın repertuarında olan "Qarabağın səsi" mahnısına Türkiyə mediası geniş yer ayırıb.

Türkiyə mediası “Qarabağın səsi“ndən yazdı - VİDEO

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın repertuarında olan "Qarabağın səsi" mahnısına Türkiyə mediası geniş yer ayırıb.



AzNews.az xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi Tünzalə Ağayevaya məxsus olan mahnı Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyet"də yayımlanıb.

"Azərbaycanlı musiqiçi Qarabağ üçün mahnı yazdı" ("Azeri müzisyen Karabağ için şarkı yazdı") başlıqlı xəbərdə mahnının sosial mediada böyük həvəslə qarşılandığı və bir neçə dilə tərcümə edildiyi qeyd olunub.

Xəbərdə həmçinin bildirilib ki, mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.

Qeyd edək ki, bu xəbər "Hüriyyet"lə yanaşı Türkiyənin ən nüfuzlu xəbər portallarından olan "haberler.com" və bir çox saytlarda işıqlandırılıb.



Bahar RÜSTƏMLİ
AzNews.az