“Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev siyasi önəm daşıyan beynəlxalq tədbirlərdə iştirak edə biləcək gənclərin yetişməsinə mane olur. Sözünü demək istəyənlər isə işdən azad olunmaq qorxusundan susurlar”. “Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev siyasi önəm daşıyan beynəlxalq tədbirlərdə iştirak edə biləcək gənclərin yetişməsinə mane olur. Sözünü demək istəyənlər isə işdən azad olunmaq qorxusundan susurlar”.

“Afaq Bəşirqızı teatrı bərbad hala salıb” - İstefa verən solist

“Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev siyasi önəm daşıyan beynəlxalq tədbirlərdə iştirak edə biləcək gənclərin yetişməsinə mane olur. Sözünü demək istəyənlər isə işdən azad olunmaq qorxusundan susurlar”.


Bunu AzNews.az-a Musiqili Teatrının solist-vokalisti Elvin Əliyev öz istefası barədə danışarkən deyib. Aktyor teatrdan istefa məktubu yayılandan sonra ona təzyiq edildiyini də gizlətməyib: "Dünən axşam Əliqismət Lalayevin "elçiləri" zəng etmişdilər. Guya Teatrının direktoru "Elvinin xətrini çox istəyirəm, ərizəsinin surətini Facebook-dan götürsün, onu bagışlayacam" sözlərini deyib. Mən də onun "elçisi"nə "Götürməyəcəm, əlindən gələni etsin" cavabını verdim".

E.Əliyev ona təzyiq edənlərin arasında Xalq artisti Afaq Bəşirqızının da olduğunu deyib: "Afaq Bəşirqızı zəng edib deyir ki, bu cür ərizə yazmaq kişilikdən deyil. O, mənə daha sonra bunları bildirdi: "Mən sənə ictimaiyyət qarşısında cavab versəm, altından çıxa bilməyəcəksən. Onsuz da sənin səsin yoxdur". Mən isə belə cavab verdim: "Afaq xanim, aktyorluq qabiliyyətindən desəydiniz, yenə inandırıcı olardı, çünki ixtisasım deyil. Amma vokal məsələsi bir az fərqlidir. Bəs, o zaman 3 ildir baş rolları dublyorsuz mənə niyə vermisiniz?"

Daha sonra soruşdum ki, Afaq xanım, Musiqili Teatr Bəşir Səfəroglunun adına deyil, siz niyə bu işə qarışırsınız? O isə "Mən yalnız atamın ruhunu daşıyan teatrın mənafeyini qoruyuram" sözlərini dedi".

E.Əliyev əlavə edib ki, A.Bəşirqızı Əliqismət Lalayevlə birlikdə teatrı bərbad hala salıb: "Ucuz gülüşlə tamaşaçı yığmaqla sənət inkişaf etmir. Səhnədə küçə sözləri işlətməklə reytinq qazanırlar və gənclərin yolunu kəsirlər. Sözünü demək istəyənlər isə işdən azad olunmaq qorxusundan susurlar. Bir söz deyən kimi Afaq Bəşirqızı müdafiəyə çıxır. Səbəb nədir, bilmirəm. Bəlkə bu, maddi maraqdır. Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teatrda qoy yoxlama aparıb onun vəziyyətinə qiymət versinlər. Tamaşaların keyfiyyəti göz qabağındadır. Gəncləri həvəsləndirmək əvəzinə ruhdan salırlar. Belə fəaliyyətlə teatra maraq, əlbəttə olmaz".

Aktyorun istefası ilə bağlı xəbəri bu linkdən oxuya bilərsiniz:

Bahar RÜSTƏMLİ
AzNews.az