Çağdaş Azərbaycan ədəbiyyatının böyük şairi Musa Yaqubun həyat və yaradıcılıq yolunu dəyərləndirən “Qara daşın sədası” kitabı işıq üzü görüb. Çağdaş Azərbaycan ədəbiyyatının böyük şairi Musa Yaqubun həyat və yaradıcılıq yolunu dəyərləndirən “Qara daşın sədası” kitabı işıq üzü görüb.

Musa Yaqub haqda kitab çıxdı - “Qara daşın sədası” (FOTO)

Çağdaş Azərbaycan ədəbiyyatının böyük şairi Musa Yaqubun həyat və yaradıcılıq yolunu dəyərləndirən “Qara daşın sədası” kitabı işıq üzü görüb.



AzNews.az xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan, kitabın ərsəyə gətirilməsi şairin 1977-ci ilin oktyabrında yazılmış, yaranışından bəri bir çox şair və yazıçılarımızı yaxşı mənada diksindirib – maraqlandırmış, məşhur "Bu dünyanın qara daşı göyərməz" şeirinə yazılmış "onlarla nəzirənin birgə çapı" ideyasından qaynaqlanıb.

Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığı və şəxsiyyətinə ilgili şeirləri, ürək sözləri də toplanılıb. İnternetdən, özəlliklə facebook səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürlərindəndir.

Nəfis tərtibatla çap olunan "Qara daşın sədası"nın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, yazıları toplayıb tərtib edən şairin qızı Yaqut Musaqızı, kompüter qrafikasının əziyyətini çəkən Pərvanə Bayramovadır. Kitaba yazılmış "Şeir taleyi" adlı ön sözün müəllifi şair Maarif Soltandır.



AzNews.az
image description