- Köhnə - Mədəniyyət
- 13 May 2015 16:07
- 3 332
Alim Qasımov Avropa Oyunları layihəsində - Açıqlama
Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun I Avropa Oyunları ərəfəsində Bakıda möhtəşəm konserti təşkil olunacaq.
Bu barədə AzNews.az-a ifaçının özü məlumat verib.
Onun sözlərinə görə, konsert Muğam Mərkəzində baş tutacaq.
"Konsert vermək üçün hazırlıqlar gedir, amma onun vaxt keçiriləcəyi dəqiqləşməyib. Bilirik ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana çoxlu turistlər gələcək. Onlar bizim ifamızı öz səhnələrində dinləyiblər, qoy bu dəfə də Azərbaycan səhnəsində dinləsinlər",- deyə Alim Qasımov əlavə edib.
Bahar RÜSTƏMLİ
AzNews.az