Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə mayın 13-də qurumun mənzil-iqamətgahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub. Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə mayın 13-də qurumun mənzil-iqamətgahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub.

UNESCO-da Azərbaycana aid sərgi- Fotolar

Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə mayın 13-də qurumun mənzil-iqamətgahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub.



Açılış mərasimində çıxış edən UNESCO-nun xarici əlaqələr üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

G.Seiti sərgidə nümayiş etdirilən qədim arxeoloji əşyaları, misgərlik və xalçaçılıq sənətinin nümunələrini, müasir incəsənət əsərlərini Azərbaycanın mədəni irsinin davamlılığının göstəricisi kimi qiymətləndirib. O, sərginin bir daha Azərbaycanın öz mədəni irsini qoruduğunu sübut etdiyini bildirib.

G.Seiti Azərbaycanın UNESCO-nun mədəniyyət sahəsində mövcud olan konvensiyalarının həyata keçirilməsində, xüsusən qeyri-maddi mədəni irsin qorunmasında fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi səfir Anar Kərimov çıxışında qonaqlara sərgidə nümayiş etdirilən əsərlər əsasında ölkəmizin zəngin tarixi barədə məlumat verib.

O, qonaqları Azərbaycanla daha yaxından tanış olmaq üçün ölkəmizə dəvət edib. Diplomat Azərbaycanın hərbi təcavüzdən əziyyət çəkməsinə baxmayaraq, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunmasına əməli addımlarla cəhd etdiyini və bu xüsusda, ölkəmizdə təşkil olunacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə keçiriləcək Avropa Oyunları haqda məlumat verib.

Anar Kərimov bu kimi tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulayıb və onun UNESCO-nun xoşməramlı səfiri qismində aktiv fəaliyyəti haqda söhbət açıb.

Azərbaycanın mədəni müxtəlifliyini özündə əks etdirən sərginin "Azərbaycan: Ənənədən müasirliyə" guşəsində arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunan pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilir.

"Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunan guşədə ölkəmizin tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər ziyarətçilərdə maraq doğurub.

"Azərbaycanın müasir incəsənəti" adlı bölmədə isə görkəmli rəssamlardan Toğrul Nərimanbəyovun, Altay Sadıqzadənin, Əşrəf Muradın, Leyla Əliyevanın, Müseyib Əmirovun, Məmmədkərim Quliyevin, Əhəd Məmmədovun, Darvin Vəlibəyovun, Sabir Çopuroğlunun, Əliyar Əlimirzəyevin, Niyaz Nəcəfovun, Orxan Hüseynovun, Faiq Əhmədin və digərlərinin əsərləri öz mövzu çalarlarına görə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. İştirakçılar bir həftə əvvəl Azərbaycanın ən qədim atüstü oyunu - Çövkənın təqdimatı ilə əlaqədar təşkil edilən sərgi ilə də tanış olublar.

Tədbir zamanı, həmçinin "Azərbaycan cazının yeni nəsli" konsert proqramı təqdim olunub. Konsertdən əvvəl çıxış edən UNESCO-nun idarə rəisi Genc Seiti caz sənətinin həm də müxtəliflik, sülh, qarşılıqlı anlaşma olduğunu bildirib. Bu baxımdan, mədəniyyətlərarası dialoqun inkişafını və ayrı-seçkiliyə qarşı mübarizəni təşviq etmək məqsədilə UNESCO tərəfindən 30 aprel tarixinin ümumdünya caz günü elan edildiyi və bu il artıq 4-cü dəfə təşkilatda caz gününün keçirildiyini diqqətə çatdırıb.

G.Seiti Azərbaycan cazının bir əsrə yaxın tarixə malik olduğunu bildirib və bunu Azərbaycan mədəniyyətinin gücünün göstəricisi kimi qiymətləndirib.

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Anar Kərimov dünyada baş verən münaqişələr, separatçılıq və ekstremizm təhdidləri fonunda cazın sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də insanların irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq yaxınlaşmasında rolu, dialoqa verdiyi önəmli töhfə barədə danışıb. O, Azərbaycanın caz tarixi haqda, xüsusilə də ölkəmizdə inkişaf etmiş muğamla cazın sintezi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.

Səfir cazın artıq Azərbaycanda bir ənənə olaraq mədəniyyətimizin tərkib hissəsi olduğunu vurğulayıb.

Ölkəmizdə caz ənənələrinin, eləcə də mədəni müxtəlifliyin bərqərar olunmasına yönələn digər təşəbbüslərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib. Konsertdə beynəlxalq caz festivallarının iştirakçısı, istedadlı virtuoz ifaçı Şahin Növrəsli özünün bəstələdiyi əsərlərlə yanaşı, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, habelə xalq mahnılarını pianoda ifa edib. Onu zərb alətlərində Ari Hofenig, kontrabasda Natan Pek, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət ediblər.

Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunan nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.

Sərgi mayın 20-dək davam edəcək. Mayın 16-da isə sərgidə saat 00.00-dək "açıq qapı" elan olunacaq.
image description image description image description image description image description image description