Oktyabrın 2-də Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçiriləcək. Oktyabrın 2-də Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçiriləcək.

AzDrama-da yeni tamaşa - Premyera sabah olacaq

Oktyabrın 2-də Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçiriləcək.


Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Erik Emmanuel Şmitdin eyni adlı əsəri əsasında hazırlanan iki hissəli tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində Xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı) çıxış edirlər. Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemətdir.

AzNews.az