Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri Hökümət Təşkilatı və jurnalsit təşkilatları Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı təltif ediblər. Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri Hökümət Təşkilatı və jurnalsit təşkilatları Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı təltif ediblər.

İTV-nin Yayım Şurasının üzvü təltif edildi

Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri Hökümət Təşkilatı və jurnalsit təşkilatları Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı təltif ediblər.



Bu siyahıya Gürcüstanda fəaliyyət göstərən "Azərbaycan Evi" koalisiyası, Milli Azlıqların Monitorinq Qrupu,Yer və İnsan jurnalı, Müvəkkil qəzeti, və Azərbaycanda fəaliyyət görsədən Müvəkkil Hüquq Mərkəzi, "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi, Hüquq mədəniyyəti jurnalı və s. daxildir. Bu barədə AzNews.az-a məlumat verən hüquqşünas Səməd Vəkilov bildirib ki, təşkilat komitəsində Gürcüstan və Azərbaycanda fəaliyyət görsədən bir sıra qeyri hökumət təşkilatları və jurnalist qurumları təmsil olunub. O cümlədən, "Azərbyacan Evi" Qeyri Hökümət təşkilatları koalisiyasınin kordiantoru (həmin koalisiyaya ondan artıq QHT daxildir) Milli Azlıqları Monitorinq Qrupu təşkilatının rəhbəri Müvəkkil qəzetinin baş redaktoru, tanınmış hüquq müdafiəçisi Elbrus Məmmədov, Yer və İnsan jurnalının Baş redaktoru, politoloq İsmayıl Qasımov, "Şəmsi Əsədullayev" Xeyriyyə təşkilatının sədr müavini Cəsarət Huseynzadə, həmçinin Müvəkkil Hüquq Mərkəzinin sədri və "Hüquq mədəniyyəti" jurnalının Baş redaktoru kimi Səməd Vəkilov təşkilat komitəsində yer alıblar. Sevil Yusifova "Gürcüstan-Azərbaycan" dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və Azərbaycanda marifçilik işinin fəal şəkildə həyata keçirməsinə görə təltif edilib. Yaxın vaxtlarda mükafatın təqdimat mərasimi keçiriləcək.

Sevil Yusifova 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. Disertasiya işi "Abbas Tufarqanlının mühiti və yaradıcılığı" olub. 1999-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasını bitirib. 1994-cü ildə "525-ci qəzet"də müxbir kimi işə başlayıb. Ondan sora müxtəlif mediya orqanlarında ("Ekskuliziv" informasiya agentliyində, "Yeni Azərbaycan", "Panorama", "Gündəlik Azərbaycan" qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor vəzifələrində çalışıb. AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib. "İşgüzar qadın", "Gender" proqramlarının müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi "Ruh" AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. "Zərif imzalar", "Elegant Signatures", "Mübariz yol" kitablarının tərtibçisi, "Media və Hüquq" kitabının redaktorudu. İki yüzdən çox layihəyə rəhbərlik edib:

"Gənclər hər cür zorakılığa qarşı", "Qadın sağlamlığı. Reabilitasiya", "Tariximizi öyrənək", "İstanbulda Xocalı harayı", "Hepatitlə mübarizə aksiyası!", "Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək", "Qafqaz evi və ermənilər", "Genofondumuzu qoruyaq!", "Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər", "Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili", "Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını" və s. "I Respublika Jurnalist Qadınların Forumu"nun təşkilat komitəsinin sədri olub.