Əməkdar artist, Rus-Dram Teatrının aktrisası Yevgeniya Nevmerjiskayanın 70 yaşı tamam olur. Əməkdar artist, Rus-Dram Teatrının aktrisası Yevgeniya Nevmerjiskayanın 70 yaşı tamam olur.

Azərbaycanlı aktrisa 70 yaşını 3 kişi ilə keçirəcək

Əməkdar artist, Rus-Dram Teatrının aktrisası Yevgeniya Nevmerjiskayanın 70 yaşı tamam olur.



AzNews.az xəbər verir ki, bununla əlaqədar sözü gedən mədəniyyət ocağında Oleq Yernevin pyesi əsasında Aleksandr Şarovskinin səhnələşdirdiyi "Yeni İl gecəsi məhəbbət intriqaları" tamaşası təqdim olunacaq. Tamaşanın əsas rollarından birini Yevgeniya Nevmerjiskaya özü ifa edir.

"Yeni İl gecəsi məhəbbət intriqaları"nın çox maraqlı mövzusu var. 3 dəfə ərə gedən qəhrəmanın keçmiş həyat yoldaşları qocalıqlarını onunla keçirmək üçün yanına qayıdırlar. 3 kişi onun yanında qalmaq üçün hər şeyə hazırdır. Tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Azərbaycanın əməkdar artisti Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva iştirak edir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin fəxri işçisi" və "Sənətkar" medalı ilə təltif olunan aktrisa 50 ildir ki, səhnədədir.