Oktyabrın 17-də Musiqili Teatrında Faiq Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşası nümayiş olunacaq. Oktyabrın 17-də Musiqili Teatrında Faiq Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşası nümayiş olunacaq.

Afaq Bəşirqızını “Keyxanım” əvəzləyəcək

Oktyabrın 17-də Musiqili Teatrında Faiq Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşası nümayiş olunacaq.



Teatrın Mətbuat xidmətindən AzNews.az-a bildirilən məlumata görə, Xalq artisti Afaq Bəşirqızının oynadığı Güldəstə obrazını bu dəfə aktrisa Ülviyyə Əliyeva canlandıracaq.

Televiziya kanallarından "Keyxanım" kimi tanıdığı Ü.Əliyeva bu obraza görə A.Bəşirqızından halallıq aldığını dilə gətirib: "Artıq səkkizinci dəfədir ki, "Mən dəyərəm min cavana" tamaşasında "Güldəstə" obrazını oynayacağam. Mənə qədər bu obrazı Afaq xanım Bəşirqızı ifa edib. Teatrdan bu rol mənə təklif olunanda ilk növbədə Afaq xanımla əlaqə saxladım, ondan halallıq aldım. Çünki belə bir obrazı oynamaq üçqat məsuliyyətdi. Birincisi ona görə ki, artıq Afaq xanım bu obraza öz oyunuyla möhür vurub. İkincisi, Afaq xanım mənim ustadımdır. Və üçüncüsü, Xalq artisti İlham Namiq Kamalla tərəf-müqabil olmaq daha bir böyük məsuliyyətdir".

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurəhmədova, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əlif Cahangirov və Rəşad Məmmədov ifa edirlər.

AzNews.az