Dünya kitabçıları bir arada - Fotolar

Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçirilir.


AzNews.az xəbər verir ki, yarmakanın açılışı bu gün baş tutub. Dünyanın bir çox ölkələrinin qatıldığı sərgidə Azərbaycan da təmsil olunur. Bununçün də ölkəmizin sərgidə ayrıca stendi qoyulub. Azərbaycanın sərgidəki rəsmi nümayəndəsi Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyedir. Özəl nəşriyyatlardan isə sərgiyə "Qanun" nəşrlər evi qatılıb.

Məlumat üçün bildirək ki, dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparmaq üçün Frankfurt Kitab Sərgisinə toplaşır. Yarmarka "Alman Nəşriyyatçıları və Kitab Satıcıları" tərəfindən təşkil olunur.

Sərgiyə hər il bir çox tanınmış yazıçılar qatılır. Bu il isə dünya şöhrətli yazıçı Salman Rüşdünün çıxışı gözlənilir. Bu ilki sərgidə qonaq ölkə İndoneziyadır. Kitab törəni ayın 18-ə kimi davam edəcək.

"Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlunun sərkidən paylaşdığı fotoları təqdim edirik:

image description image description image description image description image description image description