Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi”nə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi”nə həsr olunmuş tədbir keçirilib.

Müasir Təhsil Kompleksi - Bilik Fondu və Misir Mərkəzi birgə sərgisi - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi”nə həsr olunmuş tədbir keçirilib.


AzNews.az xəbər verir ki, Müasir Təhsil Komleksində keçirilən tədbirdən əvvəl Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin səyyar sərgisi təşkil olunub. Sərgidə Misirin turizm potensialının özündə əks etdirən, eləcə də Misir tarixi və mədəniyyətinin müxtəlif dövrlərinə aid olan eksponatlar nümayiş etdirilib. Tədbirin bədii hissəsində, Kompleksdə ərəb dili üzrə təhsil alan məktəblilərin ifasında konsert proqramı olub.

Müasir Təhsil Kompleksi direktorunun birinci müavini Samir Xanlarov, məktəbin direktoru, pedaqogika üzrə elmlər doktoru Nasim Abışov tədbir çıxış ediblər. Kompleksin məsul şəxsləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, eləcə də orada fəaliyyət göstərən müxtəlif dərnəklər, məktəblilərin dərsdənkənar fəaliyyətinin səmərəli təşkili ilə bağlı həyata keçirilən tədbirlər barədə müxtəlif məzmunlu məlumatlar veriblər. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, məktəbdə ingilis, fransız və digər dillər üzrə siniflər fəaliyyət göstərir, müntəzəm olaraq yerli Azərbaycan və xarici ölkə ziyalılarının, alimlərinin məktəbdə görüşləri təşkil edilir.

Azərbaycan – Misir mədəni əlaqələrinin rael vəziyyəti barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Elaydi geniş məlumat verib. Natiq ölkələr arasında qurulan dostluq münasibətlərinin dərin köklərindən söhbət açıb.

Tədbirdə çıxış edən Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xuduyev Fondun yarandığı dövrdən etibarən elmin müxtəlif sahələri üzrə apardığı maarifçilik tədbirləri barədə məlumat verərək, Müasir Təhsil Kompleksi ilə birgə tədbirlərinin davamlı olacağına əminliyini bildirib.
image description image description image description image description image description