“Fəxri adlardan imtina etmək çox gülünc vəziyyət yarada bilər” “Fəxri adlardan imtina etmək çox gülünc vəziyyət yarada bilər”

Ədalət Əsgəroğlu Anara qarşı cıxdı

“Fəxri adlardan imtina etmək çox gülünc vəziyyət yarada bilər”



Yazıçılar Birliyinin sədri Anar və Fikrət Qoca açıqlamasında " Dünyada belə bir ad yoxdur. Amma indi deyə bilmirəm, dilim qısadır. Yəni bu adlar məndə də var. Deyəcəklər ki, o vaxt dinməyib, indi dinir" xalq yazıçısı və şairi fəxri adlarının əleyhinə olsalar da, ondan imtina edə bilməyəcəklərini bildirib.

AYB-ın mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bu adların onlara xidmətləri sayəsində verildiyini dedi: "İkisinə də hörmətim var. Hər ikisinin bu xalqa, ədəbiyyata böyük xidmətləri olub. Bu adlar onların xidmətləri sayəsində verilib. Anarın və ya Fikrət Qocanın dili niyə qısa olmalıdır? Onların nə qüsuru var ki?"

Ə.Əsgəroğlunun sözlərinə görə, fəxri adlardan imtina etmək çox gülünc vəziyyət yarada bilər: "Gərək onda sovet dövründə kim nə ad alıbsa, hamısını geri qaytarsın. Bu da mümkün olan şey deyil. Addan imtina onların şəxsi işidir. Biz onlara məcbur edə bilmərik. Bunun cəmiyyətə heç bir isti-soyuqluğu yoxdur. Müəyyən şəxsi mənafelər naminə verilən fəri adların olmağından olmamağı yaxşıdır. Fəxri adlar bu gün çox ucuzlaşıb. Təəssüf ki, şair və yazıçılar bu gün o adların paylanmasında bir az kölgədə qalıb.

Yazıçı və şairlərə ad vermirlər. Heç verməsinlər də. Məncə bu fəxri adları mənzil vəziyyətinin yaxşılaşdırılması ilə əvəz olunsa, daha yaxşı olar. Fəxri adların verilməsini dövlət strukturları öz üzərinə götürməməlidir. Bəyəm "Oskar" hansısa dövlətin təsis etdiyi mükafatdır?

Beynəlxalq mükafatdır. Bunu daşıyan adam fəxr duyur. Amma dövlət bu fəxri adı verməklə insanların dilini qısa edir. İnsanlar sərbəst olsunlar. Birinə ev verib, birini kölgədə saxlamaq, birini dəyərləndirib, istedadsızı dəyərləndirməmək nə dərəcədə düzgündür. Bu ədəbiyyata xidmət deyil".

Bahar Rüstəmli
AzNews.az