27 nəfər vəfat edib 27 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxanların sayı 1800-ü keçdi

27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 256 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 559 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 837 min 044 test aparılıb. Bugünkü test sayı isə 10 590-dır.