Satmaq üçün Ukraynaya aparırmış Satmaq üçün Ukraynaya aparırmış

Azərbaycanlının kürkləri müsadirə edildi - Böyük miqdarda cərimə gözləyir

Satmaq üçün Ukraynaya aparırmış

Rusiya gömrük xidmətinin əməkdaşları Rusiyadan Ukraynaya gedən mikroavtobusa baxış zamanı çox sayda qaçaqmal aşkar ediblər.

Azərbaycan vətəndaşı Ukrayna ərazisinə müxtəlif ölçülü 42 kürk və palto keçirməyə çalışıb.

Həmin şəxs bildirib ki, geyimləri satmaq üçün Ukraynaya aparmaq istəyib, malın qeydiyyatı ilə bağlı isə məlumatsız olub.

Faktla bağlı araşdırma başlanılıb. Azərbaycanlını böyük miqdarda cərimə gözləyir. (oxu.az)

© AzNews.az