- Rusiya və İran
- 16 Oktyabr 2018 16:12
- 2 423
Keçmiş qəzet baş redaktoru intihar etdi - Özünü 16-cı mərtəbədən atıb
Ölümünün səbəbi barədə məktub üzə çıxıb
Moskvada məşhur "Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru, populyar idman jurnalisti İvan Rubin intihar edib.
"Mash” telegram kanalı xəbər verir ki, o, özünü 16-cı mərtəbədən ataraq öldürüb.
Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb.
"Ölümümdə Vladimir Aleksandroviç Türenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 avro borcluyam və mənə hədə-qorxu gəlib ki, pulu qaytarmasam, ayaqlarımı və barmaqlarımı sındıracaq”, - məktubda deyilir.