"Pul gətirmədiyim, araq almadığım üçün mübahisə etdik" "Pul gətirmədiyim, araq almadığım üçün mübahisə etdik"

Rəfiqəsini öldürüb parçalayan qadına 18 il cəza istənildi

"Pul gətirmədiyim, araq almadığım üçün mübahisə etdik"

Rəfiqəsini öldürdükdən sonra parçalayan qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Qorlovanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda yazılır ki, İrina mərhumun evini ələ keçirmək məqsədi ilə qətl törədib.

Elan olunmuş ittiham üzrə İ.Qorlova özünü qismən təqsirli bilib. O deyib ki, cinayəti tamah məqsədi ilə törətməyib. O, hadisə zamanı rəfiqəsinə çoxlu bıçaq zərbəsi endirdiyini söyləyib. Qorlova bildirib ki, rəfiqəsinin evini ələ keçirmək imkanı belə olmayıb: "Cinayəti ev üçün törətməmişəm. Məni bezdirmişdi, əsəbiləşib öldürdüm. Pul gətirmədiyim, araq almadığım üçün mübahisə etdik".

Xatırladaq ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olmuşdu. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilmişdi. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edimiş, qalan əzalar isə tapılmamışdı.

Əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirildiyi, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilmişdi.

İrina Qorlovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

© AzNews.az