O, dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb O, dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb

İş adamı Zeynalovun qətlini öz dostu sifariş edibmiş - 13 il sonra həbs olundu

O, dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb

Rusiyanın Sankt-Peterburq şəhərində 2005-ci ildə həyata keçirilmiş sifarişli qətlin üstü açılıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya daxili işlər nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş idarəsinin rəisi Sergey Umnov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə iş adamı Dmitri Zeynalov öz ailəsi ilə birgə qətlə yetirilmişdi. Həmin qətlin sifarişçisi Aleksandr Tyutin digər qətli sifariş edərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

"Biz çoxdan Tyutinin izinə düşmüşdük. 13 il öncə - 2005-ci ilin avqust ayında Leninqrad vilayətində özünün bağ evində 38 yaşlı iş adamı Dmitri Zeynalov ailəsi ilə (hamilə olan həyat yoldaşı,11 yaşlı oğlu və 15 yaşlı qızı) birgə vəhşicəsinə qətlə yetirilmişdi. Qatil onların hər birinin gözündən atış açmış, qızı isə balta ilə doğramışdı. İndi tam əminliklə deyə bilərik ki, saxlanılan Tyutin həmin qətlin sifarişçisidir", - deyə Umnov vurğulayıb.

Stavropol şəhərində isə həmin qətli həyata keçirən şəxs - Aleksandr Zotov ələ keçirilib. O, bu qətli reallaşdırmaq üçün 10 min dollar pul alıb.

Umnovun sözlərinə görə, Tyutinin Zeynalovu öldürməkdə məqsədi şərik olduğu "Troutski ev 2" tikinti firmasına sahib olmaq imiş.

Tyutin dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb.

© AzNews.az

image description