Uzun illər aralarında ədavət olan şəxsi bıçaqlayana Abudov hakim qarşısına çıxarılıb. Uzun illər aralarında ədavət olan şəxsi bıçaqlayana Abudov hakim qarşısına çıxarılıb.

Ədavətli olan gənclərin gecə klubundakı qanlı davası - Məhkəmə başa çatdı

Uzun illər aralarında ədavət olan şəxsi bıçaqlayana Abudov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Xanlar Abudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Xablat Abudova şərti cəza verilib.

Bildirək ki, Abudov həbs edilməmişdi. Onun barəsində polis polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Hadisə bu il martında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava zamanı bir nəfər xəsarət alıb. Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, T. Rəhimovu Xanlar Abudov adlı şəxs bıçaqlayıb.

Məlum olub ki, onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Əlbəyaxa dava qanla nəticələnib.

X.Abudov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. (musavat.com)

© AzNews.az