Sakinlər onu təpikləyərək öldürüblər Sakinlər onu təpikləyərək öldürüblər

Bütün kəndi polisə apardılar - Qubada

Sakinlər onu təpikləyərək öldürüblər

Qubada əmisi oğlunun arvadını qaçıran və əl-ayağı bağlanaraq döyülüb öldürülən Elşad Əsədovla bağlı yeni məlumatlar üzə çıxıb.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hazırda hər iki tərəfin -Elşad və Aynur Əsədovaların ailə üzvləri Quba rayon Polis Şöbəsindədir:

“Onlar böyük bir nəsildir. Elşad Əsədov və Aynur Əsədovun bütün qohumları, ailə üzvləri polis şöbəsinə aparılıb. Bundan əlavə isə Aynur Əsədova tapılaraq polis şöbəsinə gətirilib. Aynuru şöbədə saxlayırlar. Böyük bir cinayət işlənilib”.

Qeyd edək ki, bir neçə gün öncə Quba rayon sakini əmisi oğlunun arvadını qaçırıb. Qadının həyat yoldaşı və qohumlarının kimsəsiz bir yerdə həmin oğlanın əl-ayağını bağlayaraq ona işgəncə verməsi ilə bağlı videogörüntü yayılmışdı. Oktyabrın 21-də gənc oğlan qaçırdığı gəlinin qohumları tərəfindən döyülərək öldürülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az