Yeniyetmə qızın narkotik asılılığı başına bəla oldu Yeniyetmə qızın narkotik asılılığı başına bəla oldu

Sosial şəbəkədə tanış olduğu 15 yaşlı qızı zorladı... – Məhkəmə işi

Yeniyetmə qızın narkotik asılılığı başına bəla oldu

Bakıda sevdiyi qızı zorlamaqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Hacı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aznews.az-ın xəbərinə görə, ittiham aktında qeyd olunub ki, Hacı Məmmədov paytaxtın Yasamal rayonunda yaşayıb, zərərçəkmiş şəxsin asılılığından istifadə etməklə, ona qarşı seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

Tanışlıq və sevgi hissi

O, 2014-cü ilin aprel ayının əvvəllərində 1999-cu il təvəllüdlü Dilarə Səlimova (ad və soyad şərti verilib – red.) ilə sosial şəbəkə vasitəsi ilə ünsiyyət yaradıb.

Bir müddət sosial şəbəkədə söhbət edən gəclərin münasibətləri istiləşməyə başlayıb. Hacı Məmmədov Dilarəyə sevgi hisslərini yarandığını deyib.

Narkotik istəyi

Bir müddət sonra Dilarə Səlimova Hacıya narkotik vasitə istifadə etmək istədiyini bildirib. Hacı da qızın istəyini nəzərə alacağını, ona narkotik vasitə tapa bilcəyini söyləyib.

Bundan sonra Hacı Məmmədov Dilarəni özündən asılı vəziyyətə salıb, ona istədiyi hərəkəti edə bilcəyini düşünüb. Bu məqsədlə o, Dilarə ilə sosial şəbəkədən reallığa çıxmağı, daha isti münasibət saxlamağı məsləhət bilib.

Zirzəmidə əxlaqsızlıq

Dilarə də Hacının istəyi ilə razılaşıb. Onlar bir müddət sonra real həyatda görüşməyə başlayıblar. Hacı Dilarə ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

Bundan sonra Hacı Məmmədov Dilarəni Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanında olan çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə gətirib. Orada qıza narkotik vasitə adı ilə bir ədəd siqaret verərək, bu şəkildə asılılığından istifadə edib.

Seksual hərəkət

Hacı Məmmədov qızı soyunduraraq, onunla qeyri təbii yolla cinsi əlaqədə olub, sonra ona qarşı seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

Bu hadisədən sonra Dilarə Səlimova təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən Hacı Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

“Bir-birimizə sevgi hissi yarandı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hacı Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Dilarə Səlimovaya qarşı zorakılıq etməyib: “Mən Dilarə ilə sosial şəbəkədə tanış oldum. Sonra ona sevgi hisslərimin yarandığını bildirdim. O da mənə eyni hiss bəslədiyini söylədi”.

“Cinsi əlaqədə olmağı təklif etdi”

Hacı Məmmədov qeyd edib ki, daha sonra onlar münasibətlərini real həyatda davam etdiriblər: “Biz parklarda görüşürdük. Sonuncu dəfə görüşdüyümüz zaman Dilarə cinsi əlaqədə olmağı təklif etdi. Biz birlikdə çoxmərtəbəli binanın zirzəmisinə getdik. Orada cinsi əlaqədə olduq. Bütün bunlar Dilarənin öz istəyi ilə baş verib”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Hacı Məmmədov 2 il müddətinə islah işləri cəzasına məhkum olunub. Bu hökmdən narazı qalan Hacı Məmmədov apellyasiya şikayəti verib.

İslah cəzası 1 ilə endirildi

Həmçinin prokuror tərəfindən də Hacı Məmmədovun cəzasının ağırlaşdırılması barədə apellyasiya protesti verilib. Zərərçəkmiş də eyni tələblə çıxış edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Hacı Məmmədovun barəsində təyin edilmiş 2 il müddətinə islah işləri cəzası 1 ilə endirilib.

Prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Məmməd,

Aznews.az