Daşkəsəndə ata-anasını ölümcül döyən, həyat yoldaşı ilə 15 yaşlı qızını ölümlə hədələyən kişi həbs olunub. Daşkəsəndə ata-anasını ölümcül döyən, həyat yoldaşı ilə 15 yaşlı qızını ölümlə hədələyən kişi həbs olunub.

Ailəsini “qırıb-batırıb” meşədə gizlənən şəxs ələ keçdi - “Allah bilir, neçə adam öldürəcəkdi...”

Daşkəsəndə ata-anasını ölümcül döyən, həyat yoldaşı ilə 15 yaşlı qızını ölümlə hədələyən kişi həbs olunub.

Bu barədə AzNews.az-a rayonun Qabaqtəpə kəndinin sakinləri məlumat veriblər.

Sakinlər Firdovsi Bağırovun hüquq-mühafizə orqanlarına özünün təslim olduğunu deyiblər:

“Görünür, başqa yol tapmayıb. Bütün polislər onun axtarışına cəlb olunmuşdu. Bundan əlavə, hərbçilər də bu işə cəlb olunmuşdu. Firdovsi neçə vaxtdır meşədə yaşayırdı. Baxıb ki, həbs olunacaq, özü gedib təslim olub. Ailəsi də qorxudan evdən getmişdi. Firdovsi onları da öldürəcəyini demişdi. Hətta ailəsi bununla bağlı aidiyyatı qurumlara da məlumat vermişdi. Əgər Firdovsi təslim olmasaydı, Allah bilir neçə adam öldürəcəkdi”.

Qeyd edək ki, Firdovsi Bağırov sentyabrın 13-də Daşkəsən rayonunun Tapan kəndində yaşayan ata-anası - İlyas Bağırov və Tamara Bağırovanı küt və kəsici alətlərlə döymüşdü. Onlar çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra meşəyə çəkilən Firdovsi Bağırov, həyat yoldaşı və 15 yaşında qızını və oğlunu da öldürəcəyini deyibmiş.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az