Noyabrın 12-də respublika ərazisində 127 cinayət faktı qeydə alınıb. Noyabrın 12-də respublika ərazisində 127 cinayət faktı qeydə alınıb.

Dünən ölkədə 127 cinayət törədilib

Noyabrın 12-də respublika ərazisində 127 cinayət faktı qeydə alınıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, 127 cinayət faktının 20-si “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az