Marixuana, həşiş qətranı aşkarlanıb Marixuana, həşiş qətranı aşkarlanıb

Sərhəddən narkotik keçirən şəxs saxlanılıb

Marixuana, həşiş qətranı aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündə narkotik vasitələr aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibindəki kağız bükülünün içərisindən, ümumi çəkisi 1,512 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi isə 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən, təmiz çəkisi 3,957 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,310 qram təşkil edən, narkotik vasitə olan - həşiş qətranı aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az