8 il ərzində dayısı tərəfindən cinsi zorakılığa məruz qalan azyaşlı qızın sosial şəbəkədə görüntüləri yayılıb. 8 il ərzində dayısı tərəfindən cinsi zorakılığa məruz qalan azyaşlı qızın sosial şəbəkədə görüntüləri yayılıb.

Dayısının 8 il zorladığı azyaşlının görüntüləri yayılıb - AÇIQLAMA

8 il ərzində dayısı tərəfindən cinsi zorakılığa məruz qalan azyaşlı qızın sosial şəbəkədə görüntüləri yayılıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, qeyd edib ki, sözügedən məsələ ilə bağlı mətbuat konfransı keçiriləcək:

“Bu videonun yayılması azyaşlının həyatına təhlükə yaradıb. Mən mətbuat konfransında azyaşlıya qarşı növbəti cinayəti kimlərin və hansı məqsədlə edilməsini açıqlayacağam”.

K.Ağazadə mətbuat konfransının noyabrın 16-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəyini bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda azyaşlı qız dayısı tərəfindən zorakılığa məruz qalıb. Hadisə ilə bağlı cinayət işi açılıb və azyaşlının dayısı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az