Həsənağa Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Həsənağa Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bayram təbrikinə görə adam bıçaqlayan gəncə hökm oxundu

Həsənağa Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi eyni Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan) maddəsinə tövsif edilib.

Hökmə əsasən, H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri dəyişdirilib və H.Abiyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, cinayət hadisəsi bu il Novruz bayramından 1 gün sonra - martın 22-də Binəqədi rayonu ərazisində baş verib. 2000-ci il təvəllüdlü H.Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanovu bıçaqlayıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birini itirdiyini, evdə bayramı qeyd etmədiyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.(report.az)

© AzNews.az