Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Maşın oğruları yaxalandı

Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.

Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bahar RÜSTƏMLİ
AzNews.az