Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini R.Muradovu saxlayıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini R.Muradovu saxlayıb.

Bakıda qadından ərinin xəbəri olmadan pul alana hökm oxundu

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini R.Muradovu saxlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Muradov doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs mənzilindən 57 700 dolların oğurlanması barədə məlumat verib.

Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götürülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra qadın etiraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini R.Muradovu saxlayıb. Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayn alış-veriş saytlarından birində əşya alarkən tanış olub.

R.Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü “hepatit” xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib. O, bu yolla ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi şəxsə ərindən xəbərsiz verib.

R.Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyub.

Polis idarəsindən verilən məlumata görə, qadın sərbəst buraxılıb. Amma R.Muradov barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. (oxu.az)

AzNews.az