Bu barədə DİN açıqlama yayıb Bu barədə DİN açıqlama yayıb

Azərbaycanda bir gündə 117 cinayət törədilib

Bu barədə DİN açıqlama yayıb

Noyabrın 17-də Respublika ərazisində 117 cinayət faktı qeydə alınıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, onların 11-i “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az