Ona 89 min dollar cərimə də kəsiləcək Ona 89 min dollar cərimə də kəsiləcək

Nissan-ın həbs edilən prezidentini 10 il həbs cəzası gözləyir

Ona 89 min dollar cərimə də kəsiləcək

Xəbər verildiyi kimi dünən Yaponiyanın Nissan avtokonserninin başçısı Karlos Qon həbs edilib. Kyodo agentliyi yazır ki, Qonu 10 il həbs cəzası və 89 min dollar cərimə gözləyir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, korsern istintaq orqanları ilə günahın etiraf edilməsi haqda razılığa gəliblər. Bu isə həbs edilən şəxsin aqibətinə müsbət təsir edə bilər.

Qeyd edək ki, 64 yaşlı Qonla yanaşı Nissan direktorlar şurasının üzvü Qreq Kelli Tokio prokurorluğunun müstəntiqləri tərəfindən yapon maliyyə qanunvericiliyini pozmaqda ittiham edilərək saxlanılıb.

Deyilənə görə Karlos Qon 5 il ərzində Nissandan 89 milyon dollar hədiyyə alıb. Və o pulların yalnız yarısının rüsumu verilib.

Qonun direktorlar şurasının sədri vəzifəsindən noyabrın 22-də çıxarılacağı gözlənilir.

Kyodo nəşri yazır ki, Qon Niderlandda və daha 3 ölkədə Nissana məxsus olan elit rezidensiyalardan pulsuz istifadə edib.

Fransanın vətəndaşı olan Qon hələlik formal olaraq Yaponiyanın Nissan, Fransanın Renault və Yaponiyanın Mitsubishi Motors şirkətlərinin daxil olduğu Alyansa rəhbərlik edir.

Bu Alyans dünyada avtomobil satışına görə liderdir. Təkcə bu ilin 6 ayı ərzində 5.54 milyon avtomobil satılıb. İkinci yerdə isə 5.52 milyon satışla Volkswagen qrupu dayanır.

Babək Göyüş

AzNews.az