İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb

Ayaqqabısında narkotik gizlətdi

İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb

İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az