Bakıda 20-yə yaxın obyekt sahibi məsuliyyətə cəlb edilib. Bakıda 20-yə yaxın obyekt sahibi məsuliyyətə cəlb edilib.

11-ci sinif şagirdinə siqaret satdı - cərimə ödədi

Bakıda 20-yə yaxın obyekt sahibi məsuliyyətə cəlb edilib.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satan şəxslərə qarşı reydlər keçirilib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 5-də Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdiyi reyd zamanı rayon ərazisində mağaza sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib.

Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən bu tipli tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib.

AzNews.az