Külçənin sarı rəngə boyanmış daş olduğunu biləndə polisə şikayət edib. Külçənin sarı rəngə boyanmış daş olduğunu biləndə polisə şikayət edib.

Kubik daşını 50 minə satdılar - Qızıl külçə adı ilə

Külçənin sarı rəngə boyanmış daş olduğunu biləndə polisə şikayət edib.

Türkiyədə iki nəfər qızıl külçə adı ilə kubik daşını 50 min lirəyə satıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afyonkarahisar bölgəsində Hakan və Məhəmməd adlı iki şəxs sosial mediadan tanıdıqları Yasin adlı birinə qızıl külçə adı ilə kubik daşı satıb.

Onlar sarı rəngə boyanmış daşı 50 min lirəyə satmaq üçün Eskişehirdə heyvandarlıqla məşğul olan Yasin A. ilə sözləşiblər.

Qızıl aldığını düşünərək 50 min lirə ödəyən adam, külçənin sarı rəngə boyanmış daş olduğunu biləndə polisə şikayət edib.

Ətrafdakı təhlükəsizlik kameraları vasitəsilə fırıldaqçılar saxlanılıb. Şübhəlilər məhkəmədə nəzarət şərti ilə sərbəst buraxılıb.

Pərvanə Ağazadə

AzNews.az