Vurulmuş zərərin onlarla milyon rubl olduğu bildirilir. Vurulmuş zərərin onlarla milyon rubl olduğu bildirilir.

Tahir Salahovun iki əsərini oğurladılar

Vurulmuş zərərin onlarla milyon rubl olduğu bildirilir.

Moskvada dələduz dilerlər azərbaycanlı rəssam Aydan Salahovadan onun atasının – Tahir Salahovun iki əsərini oğurlayıblar. Vurulmuş zərərin onlarla milyon rubl olduğu bildirilir.

“Mash” telegram-kanalı xəbər verir ki, rəssam qadın ötən il tanımadığı dilerlərlə Tahir Salahovun imzası olan iki rəsm əsərinin satışı ilə bağlı razılaşıb. Bu əsərlərin “Tormolinos palmaları. İspaniya” və “Axşam palmaları: Benalmadena-Kosta” olduğu qeyd edilir. Lakin dilerlər əslində adi oğrular imiş. Onlar əsərləri apararaq, sonradan aradan çıxıblar və telefonlarını söndürüblər.

Aydan Salahova polisə müraciət edib. Dələduz oğrular axtarışa verilib.(virtualaz.org)

© AzNews.az