İntim əlaqələrini əks etdirən görüntüləri internetdə yayacağı ilə hədələyib... İntim əlaqələrini əks etdirən görüntüləri internetdə yayacağı ilə hədələyib...

Qohumunu zorlamaqda ittiham edilən şəxs bəraət aldı - Şok cinayət işi

İntim əlaqələrini əks etdirən görüntüləri internetdə yayacağı ilə hədələyib...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qohumunu zorlamaqda ittiham edilən şəxs bəraət alıb.

AzNews.az-ın məlumatına görə, 38 yaşlı Məftun Bayramova qarşı Bakı şəhər Prokurorluğunda zorlama və seksual xarakterli hərəkətlər etmə maddəsi ilə cinayət işi başlanmışdı və məhkəmə prosesi uzun müddətdir ki, davam edirdi.

Xatırladaq ki, ötən ilin avqust ayında Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqla M. Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən videogörüntü və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.

M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Azər
AzNews.az