Qız hamilə olduğunu ona əvvəlcədən bildirməyib Qız hamilə olduğunu ona əvvəlcədən bildirməyib

16 yaşlı oğlan 6 aylıq hamilə sinif yoldaşını öldürdü

Qız hamilə olduğunu ona əvvəlcədən bildirməyib

ABŞ-da 16 yaşlı oğlan 6 aylıq hamilə sinif yoldaşını öldürüb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, İndiana ştatında yaşayan 16 yaşlı Aaron Trejo ondan hamilə qalan sinif yoldaşını öldürməkdə ittiham olunub.

Polislər 17 yaşlı Breane Rouhselangın cəsədini İndiananın Cənub Bend şəhərindəki zibilliklərdən birinin içində tapıb.

Aaron Trejo əvvəlcə haqqında qaldırılan iddiaları qəbul etməsə də, daha sonra qızı öldürdüyünü etiraf edib. Trejonun dediyinə görə qız hamilə olduğunu ona əvvəlcədən bildirməyib.

Meyit yarılan zaman qızın bir neçə yerindən bıçaq yarası aldığı və şərflə boğularaq öldürüldüyü aşkarlanıb.

AzNews.az