Qadın piyadanı vurub aradan çıxan sürücü cəmi 3 gün gizlənə bildi... Qadın piyadanı vurub aradan çıxan sürücü cəmi 3 gün gizlənə bildi...

3 gün əvvəl adam vurub qaçmışdı - Saxlanıldı

Qadın piyadanı vurub aradan çıxan sürücü cəmi 3 gün gizlənə bildi...

Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən AzNews.az-a məlumat verilib. Belə ki, dekabrın 8-də saat 21 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Binəqədi rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “MAZ” markalı avtomobilin sürücüsü, paytaxt sakini Vüqar Şirinov saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az