Los-Angeles Arxiyepiskopluğu pulların yoxa çıxdığını yoxlanış zamanı bilib. Los-Angeles Arxiyepiskopluğu pulların yoxa çıxdığını yoxlanış zamanı bilib.

İki rahibə 500 min dollar oğurladı - dincəldilər, qumarda uduzdular

Los-Angeles Arxiyepiskopluğu pulların yoxa çıxdığını yoxlanış zamanı bilib.

İki rahibə oğurladığı yarım milyon dolları qumarda və tətildə xərcləyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da iki katolik rahibə işlədikləri məktəbdən təxminən yarım milyon dollar oğurlayıb. Həmin pulları isə Las-Veqasda qumar və tətilə xərcləyiblər.

Rahibələrin həmin pulları 10 il ərzində oğurladıqları bildirilir. Onların bu pulları məktəb xərci, bəxşiş və digər ödənişlərdən əldə etdiyi deyilir.

Los-Angeles Arxiyepiskopluğu pulların yoxa çıxdığını yoxlanış zamanı bilib.

Ailələr isə hadisədən məktəbin papazı Mişel Meyersin 28 noyabrda göndərdiyi məktub vasitəsilə xəbərdar olublar.

Hər iki rahibənin bu ilin əvvəllərində təqaüdə çıxdıqları açıqlanıb. Meri Marqaret Kreuper təqaüdə çıxana qədər 29 il məktəb direktoru işləyib. Chang isə 20 il həmin məktəbdə müəllim işləyib.

Meyers məktubunda “Rahibə Meri Marqaret və rahibə Lana sizə vəziyyət haqda bilgini və necə peşman olduqlarını deməyimi istədilər. Sizdən üzr istəyirlər və dualarınızı gözləyirlər” yazıb.

O, məktubunda ailələrdən təhsil ocağına və müəllimlərə inamlarını itirməməklərini istəyib. Meyers iki rahibəni də məhkəməyə vermək istəmədiklərini deyib.

Los-Angeles Arxiyepiskopluğunun mətbuatla əlaqələr üzrə əməkdaşı Adrian Alarcon isə hadisənin üstünü bağlamaq istəmədiklərini və şikayət edəcəklərini bildirib.

AzNews.az