İcarəyə götürdüyü torpaqları bölərək ayrı-ayrı adamlara satıb... İcarəyə götürdüyü torpaqları bölərək ayrı-ayrı adamlara satıb...

Saxta sənədlərlə torpaq satan şəxsin işi - Yenidən məhkəmədə

İcarəyə götürdüyü torpaqları bölərək ayrı-ayrı adamlara satıb...

Bakıda özəlləşdirilmiş, “kupçalı” torpaq sahələri satmaq adı altında onlarla vətəndaşı aldadıb pullarını mənimsəyən, özünü olduqca yüksək mənsəbli şəxslərin adamı kimi qələmə verən Məlikov Vəsahit Vəlican oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, V. Məlikovun apellyasiya şikayətinə dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Belə ki, Vəsahit Məlikovun fəaliyyət arealı əsasən Bakının Xəzər rayonunun ərazisi olub.

V.Məlikov Abşeron Rayon İcra Hakimiyyətindən əkinə yararlı torpaqları guya kənd təsərrüfatı təyinatı adı altında uzunmüddətli icarəyə götürüb. Sonra həmin torpaqları bölərək “özəlləşdirilmiş torpaq mülkiyyəti” adı altında ayrı-ayrı vətəndaşlara satıb. Həmin şəxslərdən pulu alıb və torpağın “kupçasını” daha sonra düzəldəcəyini vəd verib. Lakin bir müddət keçəndən sonra torpaq satdığı şəxslərə Abşeron rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqavilələrinin surətini və həmin torpaq sahəsinə dair notarius müqaviləsini verib.

Aldadılan şəxslər V.Məlikovdan ya “kupça”nı, ya pulu geri tələb edəndə isə o, müxtəlif bəhanələrlə yayınıb, daha sonra “əhatə dairəsindən” çıxıb. Nəticədə Vəsahitin əməllərindən zərər çəkənlərin bir qrupu, o cümlədən Bakı sakini Firuz Hümbətov, Mərdəkan sakini Aleksandr Litvinov, Kənan Məşədiyev və digərləri onun barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bu şikayətlər əsasında Bakı şəhər Prokurorlugunun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1 maddələri ilə cinayət işi qaldırılıb və 13 oktyabr 2017-ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

V.Məlikovun eyni sxemlə bəzi iri tikinti şirkətlərini də aldatmağa nail olub.

Azər
AzNews.az