Zarafatı ciddi qəbul etdi, tanışını bıçaqlayıb öldürdü... Zarafatı ciddi qəbul etdi, tanışını bıçaqlayıb öldürdü...

Binəqədidə tanışını öldürən şəxsin maddəsi dəyişdi, prokuror protest verdi - TƏFƏRRÜAT

Zarafatı ciddi qəbul etdi, tanışını bıçaqlayıb öldürdü...

Cinayət məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən Məmmədov Mirzağa Yusif oğlunun məhkəmə prosesi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, dövlət ittihamçısı 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti verib. Məhkəmə baxışı dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək. Belə ki, M.Məmmədov barəsində Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 120.2.2-ci maddələri ilə iş başlasada Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov qəsdən adam öldürmə maddəsini ehtiyatsılıqdan adam öldürmə kimi tövsif edib və sonuncu maddə ilə cəza təyin edib.

İttiham aktına görə, hadisə ötən ilin dekabr ayında rayonun 28 May qəsəbəsində yerləşən avtobus dayanacağında qeydə alınıb.

1997-ci il təvəllüdlü Qədirli Çingiz Ramiz oğlu dayanacaqda sərxoş vəziyyətdə olan tanışı ilə zarafatlaşaraq, onu bıçaqlayacağını deyib. Qarşı tərəf bunu ciddi qəbul edib və üzərindəki bıçaqla Ç.Qədirlinin ürək nahiyəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Mirzağa Yusif oğlu saxlanılıb.

Azər
AzNews.az