Bir-birlərinə intim şəkillərini göndəriblər... Bir-birlərinə intim şəkillərini göndəriblər...

“Corabına kimi mən alırdım...” - Qadını intim şəkillərlə şantaj edənin cinayət işi

Bir-birlərinə intim şəkillərini göndəriblər...

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilən E.İsmayılovun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev sədrlik edir.

Xatırladaq ki. E.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş Mehriban Vediyeva prokurorun çıxışına münasibət bildirərək, təqsirləndiriləndirilən şəxsi bağışladığını deyib:

“Ondan şikayətim yoxdur. Əvvəl şikayət etdim, indi isə bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, ona yüngül cəza verilsin. Vaxt var idi, onun corabına kimi mən alırdım”.

İttihama görə, Elvin İsmayılov, tanışı olan Mehriban Verdiyevadan (ad və soyad şərti verilib) şantaj edərək pul tələb edib.

O, Mehribanla sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Mehribanı şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacaq, onu biabir edəcəyi ilə hədələyib.

Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Mehribandan 10 min manat pul tələb edib.

Daha sonra Mehriban Verdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Azər
AzNews.az