Tanışını tüfənglə güllələyən şəxs apellyasiya şikayəti verib Tanışını tüfənglə güllələyən şəxs apellyasiya şikayəti verib

Rusiyada həmyerlisinin dalınca danışdığına görə güllələndi - Cinayət işi

Tanışını tüfənglə güllələyən şəxs apellyasiya şikayəti verib

Həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən V. Süleymanovun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib.

Qeyd edək ki, hadisə ötən il Sabirabad rayonunda baş verib. Rayon sakini V.Süleymanov tanışı Davud Fərəcovu tüfənglə güllələyib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisəyə səbəb isə, D.Fərəcov Rusiya Federasiyasının Mahaçqala şəhərində həmyerlilərinin yanında V.Süleymanov barəsində xoşagəlməz ifadələr işlədib. Bundan xəbər tutan V.Süleymanov D.Fərəcovdan qisas almaq məqsədi ilə onu tüfənglə vurub.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Süleymanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azər
AzNews.az