Məhkəmə Zabit Yolçiyevin vəsatəti ilə bağlı qərar verib Məhkəmə Zabit Yolçiyevin vəsatəti ilə bağlı qərar verib

Əmisi gəlinini qaçıran oğlanı öldürən şəxsdən xəbər var - Məhkəmə qərar verdi

Məhkəmə Zabit Yolçiyevin vəsatəti ilə bağlı qərar verib

Quba Rayon Məhkəməsində əmisinin gəlinini qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən Zabit Yolçiyevin həbsdən azad edilməsi barədə verdiyi vəsatətə baxılıb.

AzNews.az-ın xəbərinə görə, hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zabit Yolçiyevin vəsatəti üzrə qərar elan edilib. Qərara əsasən, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Quba rayon Məhkəməsinin qərarı ilə qaçırılan gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Azər
AzNews.az