Ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub Ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub

81 min manatlıq qızılı lombarda qoyub, faizə pul buraxdı - Məhkəmə işi

Ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub

"Atdığı" qızılları lombarda qoyaraq pul qazanan dələduz qadının yenidən məhkəməsi olacaq.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Nərminə Mirzəliyevanın məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə dekabr ayının 13-də keçiriləcək.

Xatırladaq ki, 22 sentyabr 2018-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Mirzəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı polisin nəzarətinə verilməklə azadlığa buraxıldığı üçün məhkəmə zalında qandallanıb.

İttihama görə, N.Mirzəyeva Bakı şəhər sakinləri olan ər-arvaddan iş qurmaq adı ilə pul və qızıl zinət əşyaları alıb. Həmin qızılları lombarda qoyaraq pul götürüb və faizə buraxıb. Lakin verdiyi vədə əməl etməyərək ər-arvada ümumilikldə həmin şəxslərə 81 min manat ziyan vurub. Məhkəmə dövründə onlara 20 min manat qaytarıb.

Azər
AzNews.az