Yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib. Yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib.

Tövləyə od vurub iki inəyi yandırdı, tutuldu

Yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib.

Dekabrın 8-də Quba rayonunun Qorxmazoba kənd sakini Şahbaz Əlverdiyevə məxsus yardımçı təsərrüfat yanıb, nəticədə 2 baş inək tələf olub.

DİN-dən verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib.

Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Zərdabi kənd sakini Fəzahim Ağamirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

© AzNews.az