16 il iş almış şəxs Ali Məhkəməyə müraciət etdi 16 il iş almış şəxs Ali Məhkəməyə müraciət etdi

22 kq narkotik maddə, 49200 manat saxta pul satdı və... - Məhkəmə işi

16 il iş almış şəxs Ali Məhkəməyə müraciət etdi

Narkotik vasitələrin alqı-satqısı və saxta əskinazların satışı ilə məşğul olan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan Abbasov Rövşən Bəyverdi oğlunun məhkəmə prosesi dekabr ayının 18-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Rövşən Abbasov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. 24 fevral 2017-ci il tarixdə isə Şirvan Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 10 yanvar 2016-cı il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əsginasları müsadirə edilib.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.

Araşdırmalarla H.Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verməli olduğu müəyyən edilib.

Tədbirlərin davamı olaraq A.Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əsginas götürülüb və həmin əsginasları həmyerlisi Rövşən Bəyverdi oğlu Abbasovdan aldığı müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abbasov da saxlanılıb.

Azər
AzNews.az